18:06 - 29.12.2017
29 dekabr, Fineko/abc.az. Sığortaçılar gələn il ölkənin sığorta bazarında müsbət dəyişikliyin olmasını bildirirlər.
“Atəşgah” sığorta şirkətinin İdarə Heyətinin sədri Azər Əliyev Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, gələn il sığorta bazarı aktivləşəcək.
“Azərbaycan sığorta bazarı, bütün dünyada müşahidə olunan qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, nəinki sabit, hətta artım nümayış etdirir. Bu özünü yalnız statistik göstəricilərlə deyil, bazarda yenı sığorta xidmətlərinin tətbiqi ilə göstərir”, - deyə A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, 2018-ci ildə sığorta bazarının inkişafı davam edəcək, lakin yeni iştirakçıların sayında və yaxud məhsulların çeşidində əhəmiyyətli dəyişikliklər gözlənilmir.