10:52 - 2.03.2020
2 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri keçən həftəki əhəmiyyətli düşmədən sonra bazar ertəsi günü artmaqdadır.
Fevralın 28-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi $1,66 (3,18%) düşərək bağlanışda bir barelə $50,52 təşkil etmişdir. May fyuçersi saat 10:20-də $1,70 (3,42%) artaraq bir barelə $51,37 təşkil etmişdir.
“Brenti”in may fyuçers qiyməti saat 9:25-də $1,41 (2,73%) azalaraq bir barelə $50,32 təşkil etmişdir.
Fevralın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin aprel fyuçersi $2,33 (4,95%) kəskin düşərək bir barelə $44,76 təşkil etmişdir.
Aprel ayı üzrə fyuçers qiyməti saat 10:20-də $1,34 (2,99%) artaraq bir barelə $46,10 təşkil etmişdir.
Ötən həftə neftin qiyməti 16% aşağı düşüb ki, bu da 2008-ci ilin dekabr ayından bu yana maksimum enmə olmuşdur.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,69 (3,15%) düşərək bir barelə $51,98 təşkil edib. Ötən həftə Azeri Light $8,23 (13,67%) enib.
13 Avqust 2026
13 Avqust 2026
13 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026