12:48 - 28.12.2017
28 dekabr, Fineko/abc.az. Azərbaycanın “Azərbaycan Sənaye Sığorta” sığorta şirkəti gələn il üçün planlarını müəyyən etdi.
“Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri Kamran Babayev Fineko/abc.az İnformasiya Agentliyinə bildirib ki, gələn il, kənd təsərrüfatı sığortası üzrə mərkəzləşdirilmiş yeni sistemin yaradılması və sığorta haqlarının 50% dövlət tərəfindən qarşılanması nəticəsində şirkət müsbət tendensiyalar gözləyir.
“Həmçinin, ölkənin sığorta bazarında, məlumat təhlükəsizliyinin qorunması məqsədilə sığorta şirkətlərində “penetration test” yoxlamasının ildə bir dəfə məcburi olması vacibdir”, - deyə K.Babayev bildirdi.
“Azərbaycan Sənaye Sığorta”ya gəldikdə o bildirib ki, 2018-ci ildə şirkətin əsas hədəfi tibbi və kənd təsərrüfatı sığortası üzrə portfelə yönəldilib.