11:54 - 6.10.2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın İsmayıllı rayonu Lahıc kəndinin qazla təmin edilməsi üzrə tədbirlər barədə sərəncam imzalayıb.
Prezidentin sərəncamına əsasən, kəndin qazlaşdırılması Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) həvalə edilib.
Digər sərəncama əsasən, Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan, Lahıc kəndində 400 şagirdin təhsil ala biləcəyi yeni məktəbin tikintisi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 3,5 mln. manat, habelə, Dəmirçi-Lahıc avtomobil yolunun inşası üçün “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3 mln. manat ayrılacaq.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026