16:06 - 31.01.2020
31 yanvar, Fineko/abc.az. Azərbaycanda sərhədkeçmə proseslərinə sərf olunan müddət 3 dəfəyə qədər azaldılıb.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib.
O qeyd edib ki, müddətin azalıdılması bir sıra yeniliklər və texnologiyalarının tətbiqi hesabına yaranıb. Sədr müavini bildirib ki, əvvəllər gömrük-sərhəd buraxılış məntəqələrindən gün ərzində 250 yük nəqliyyat vasitəsi keçirdisə, hazırda bu rəqəm 600-ə çatdırılıb. İ.Hüseynovun sözlərinə görə, bütün bunlar beynəlxalq ticarətin və tranzit əməliyyatlarının sürətləndirilməsi üçün mühüm amildir.
Qeyd edək ki, adıçəkilən qurum 2019-cu il üzrə nəzərdə tutulan 3 milyard 702 milyon manat büdcə öhdəliyinə qarşı 4 milyard 408 milyon 620 min manat toplanmasını təmin edib və proqnoz 119,1 faizlə yerinə yetirilib. Bununla yanaşı “Yaşıl dəhliz”-in tətbiqi nəticəsində artıq 530 xarici ticarət iştirakçısı həm idxal, həm də ixracda bu sistemdən istifadə imkanı əldə edib. Ümumilikdə, xarici ticarət həcminin 8 milyard dolları “Yaşıl dəhliz” sistemindən istifadə edən biznes subyektlərinin payına düşür.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026