09:48 - 30.01.2020
30 yanvar, Fineko/abc.az. 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 173 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac İcmalı”nın 2020-ci ilin yanvar ayı üçün yeni sayında qeyd olunub.
Sözügedən sayda qeyd olunub ki, 2018-ci ilin dekabr ayı ilə müqayisədə 2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixrac 16 milyon ABŞ dolları və ya 10 faiz artıb. 2019-cu ilin dekabr ayında qeyri-neft-qaz məhsulları ən çox Rusiyaya (68,3 milyon ABŞ dolları), Türkiyəyə (38,4 milyon ABŞ dolları), İsveçrəyə (15,1 milyon ABŞ dolları), Gürcüstana (8,5 milyon ABŞ dolları) və Özbəkistana (6,7 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin dekabr ayında qeyri-neft sektoru üzrə ixracda pomidor (22,6 milyon ABŞ dolları) birinci, xurma (20,1 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (14,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026