10:57 - 27.01.2020
27 yanvar, Fineko/abc.az. “Xalq” Bankın 2019-cu ilin yekunları ilə bağlı maliyyə hesabatını açıqlayıb.
ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, Bank 2020-ci ilin əvvəlinə aktivlərinin həcmini ötən ilin əvvəli ilə müqayisədə 450.3 mln manat və yaxud 22.42% artıraraq 2.458 mlrd manata çatdırıb. Ötən ilin yekunlarına görə Xalq Bank ölkənin üç aparıcı özəl bankı arasında qərarlaşıb.
2019-cu ilin əvvəli ilə müqayisədə Bankın kapitalı 137.3 mln manat (48.59%) artaraq 419.73 mln manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə olan göstəricilərə görə Bankın kredit portfeli 1.830 mlrd manat təşkil edib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 447.038 mln manat (32.33%) çoxdur. İlin yekunlarına görə Xalq Bank Azərbaycanın özəl bankları arasında ən böyük kredit portfelinə sahibdir.
Müəllif: Elmir Murad
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026