10:00 - 24.01.2020
24 yanvar, Fineko/abc.az. Neftin qiymətləri cümə axşamı günü ticarətində xeyli düşəndən sonra cümə günü yüksəlməkdədir.
Cümə axşamı ticarətində Brent markalı neftin dəyəri 3 dekabrdan etibarən minimuma endi, WTI markalı neft isə 29 noyabrdan bəri minimuma endirildi.
Yanvarın 23-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi $1,17 (1,85%) azlaaraq bir barelə $62,04 təşkil etmişdir. Onun qiyməti saat 9:20-də $0,28 (0,45%) artaraq bir barelə $62,32 təşkil etmişdir.
Yanvarın 23-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $1,15 (2,03%) enərək bir barelə $55,59 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:20-də $0,26 (0,47%) artaraq bir barelə $55,85 təşkil etmişdir.
Azeri Light Azərbaycan neftinin qiyməti 1,23 dollara (1,84%) düşərək bir barelə 65,71 dollar təşkil etmişdir.
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026