16:30 - 17.01.2020
17 Yanvar, Fineko/abc.az. 2019-cu ildə Azərbaycanda özəl sektor tərəfindən 7 597 262,26 min ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, özəl sektorun ixrac əməliyyatlarının dəyəri 2018-ci illə müqayisədə 29,5% artıb.
Beləliklə, ötən ildə ölkə üzrə cəmi ixracın 38,7%-ni özəl sektor əhatə edib ki, bu da 2018-ci illə müqayisədə 8,5 faiz bəndi çoxdur. Həmçinin hesabat dövründə özəl sektor tərəfindən idxal illik 4,1% artaraq 2019-cu ildə 8 473 685,61 min dollara yüksəlib. Ölkə üzrə cəmi idxalda özəl sektorun payı isə 2018-ci ildəki 71%-dən ötən il 62%-ə enib.
Müəllif: Elmir Murad
5 Avqust 2026
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026