11:30 - 17.01.2020
17 Yanvar, Fineko/abc.az. Gəncə sahəsindən alüminium rulon yükünün Minsk şəhərinə daşınmasını bundan sonra yeni şirkət həyata keçirəcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı “Azəralüminium” MMC yeni logistik- daşıma şirkəti ilə anlaşıb.
Belə ki, 400 tonluq alüminium rolonunu qeyd edilən məkana çatdırmaq üçün 2020-ci il ərzində “Paga-Trans Lojistik” MMC təmin edəcək.
Buna görə, şirkətə 51 400 dəyərində vəsait veriləcək.
Müəllif: Elmir Murad