11:21 - 16.01.2020
16 Yanvar, Fineko/abc.az. Ötən il Azərbaycandan 1,5 min ton çay ixrac olunub.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən çayın dəyəri 9,5 milyon ABŞ dolları olub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə isə dəyəri 9,3 milyon dollar olmaqla 1,3 min ton çay ixrac edilib.
Müəllif: Elmir Murad