12:39 - 15.01.2020
15 yanvar, Fineko/abc.az. Fevralın 17-də, saat 15:00-da "Atasığorta" ASC-in səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
ABC.AZ xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 9 ünvanında olacaq. İclasda şirkətin 2019-cu ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün müstəqil auditorun təyin edilməsi və digər məsələlər daxildir.
Qeyd edək ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026