11:09 - 13.01.2020
13 yanvar, Fineko/abc.az. Azərbaycanın daha bir sığorta şirkətinin səhmdarları toplaşacaq.
ABC.AZ xəbər verir ki, fevralın 24-ü, saat 12:00-da “A-Qrup Sığorta” ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçiriləcək. Yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında olacaq.
İclasda səhmdarlar “A-Qrup Sığorta”nın ötənilki fəaliyyəti ilə bağlı maliyyə hesabatlarının təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.
Müəllif: Elmir Murad
27 İyul 2026
28 İyul 2026