15:40 - 22.12.2017
22 dekabr, Fineko/abc.az. Bu gün “qara” valyuta bazarında dolların alış qiymətinin artması qeyd edilir.
Fineko/abc.az İnformasiya Agentliyinə bildirilib ki, dolların alışı 1,6950 manatdan 1,6970-1,6980 manata yüksəlib, satışı isə 1,7030-1,7050 manat təşkil edir.
Avronun alışı 2.00 manat, satışı isə 2.01 manat olaraq qalıb.
Dollarla yanaşı, rublun alışı da bahalaşıb. “Qara bazar”dan bildirilib ki, rublun alışı 0,0284 manatdan 0,0286 manata qədər yüksəlib, satışı isə hal-hazırda 0,0288 manat təşkil edir.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026