12:19 - 22.12.2017
22 dekabr, Fineko/abc.az. Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri qalxıb.
Azərbaycan Dövlət Statistika Komitəsindən bildirildiyi kimi, məhsulların və xidmətlərin qiymətləri 13,4% artmışdır.
“O cümlədən, ərzaq məhsullarının qiymətləri 17,1%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artmışdır”, - deyə komitədən bildirildi.
Komitədən həmçinin bildirildi ki, yanvar-oktyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artaraq 525,4 manat təşkil etmişdir.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-noyabr aylarında əhalinin gəlirləri nominal ifadədə 8,2% artaraq 43389,9 milyon manata çatmışdır.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026