12:29 - 28.12.2019
28 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-ci ilin dekabr ayı üçün “İxrac İcmalı” təqdim olunub.
ABC.AZ xəbər verir ki, sözügedən icmalda qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinqi açıqlanıb.
Siyahıya ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Sonrakı yerlərdə "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC gəlir.