11:15 - 22.12.2017
22 dekabr, Fineko/abc.az. Cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 30862,8 milyon manatlıq məhsul satılmışdır.
Azərbaycanın Dövlət Statistika Komitəsindən xəbər verildiyi kimi, həmçinin, hesabat dövründə xidmət subyektləri tərəfindən 7532,5 milyon manatlıq ödənişli xidmət göstərilmişdir.
Komitədən bildirildi: “Əvvəlki ilin analoji dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 1,0 faiz artmış, ticarət şəbəkəsində 15623,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15239,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılmışdır”.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026