14:58 - 25.12.2019
25 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi cari ilin yanvar-noyabr aylarında Azərbaycanla İsrailin ticarət dövriyyəsini açıqlayıb.
Məlumata əsasən iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 246,3 milyon dollar təşkil edib.
Qeyd olunur ki, hesabat dövründə Azərbaycandan İsrailə ixrac edilən məhsulların dəyəri 1 milyard 205,9 milyon dollar təşkil edib. İxracın dəyəri ötən ilin eyni aylarına nisbətən 101,6 milyon dollar artıb. Belə ki, keçən ilin 11 ayında ölkəmizdən İsrailə 1 milyard 104,2 milyon dollarlıq məhsul ixrac edilib.
Bu ilin 11 ayında Azərbaycanın İsraildən idxal etdiyi məhsulların dəyəri isə 40,4 milyon dollar olub.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026