11:24 - 19.12.2017
19 dekabr, Fineko/abc.az. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğv edilmiş bankların əmlakının hərraca çıxarılmasını elan edib.
ADIF-in məlumatında deyilir ki, “Standard Bank” QSC-nin balansında olan 19 ədəd avtomobil, 2 ədəd bankomat və 1 ədəd embosser hərraca çıxarılacaq.
“Həmçinin “Atabank” bankına məxsus 2 ədəd avtomobil və 1 ədəd embosser, “Kredobank” bankına məxsus qeyri-yaşayış sahə və “Texnikabank” QSC-nin bağ evi hərraca çıxarılacaq”, - məlumatda belə deyilir.
Məlumatda qeyd edilir ki, Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.
Əlavə məlumatı http://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondu linki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə etmək olar.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026