15:21 - 12.11.2019
12 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirib.
AMB-dan verilən məlumata əsasən, 12 noyabr tarixində keçirilən hərracda Mərkəzi Bank 100 milyon manat cəlb edib.
“Depozit hərracında təklif 663,7 milyon manat, orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil etmişdir. Vəsaitlər 13 gün müddətinə cəlb edilib”, - AMB-dan təqdim edilən məlumatda belə deyilir.
Depozit hərraclarını AMB 2016-cı ilin iyun ayından etibarən keçirir.
29 Avqust 2026
29 Avqust 2026
29 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026