14:51 - 18.12.2017
18 dekabr, Fineko/abc.az. “Unibank” bankının istiqrazları bu gündən Bakı Fond Birjasının listinqinə daxil edilib.
“Bakı Fond Birjası” QSC-nin məlumatına görə, “Unibank” 10 milyon dollar həcmində istiqrazların emissiyasını planlaşdırır.
“AZ2011002022 nömrəli emissiya, hər qiymətli kağızın nominal dəyəri 10 min dollar olmaqla 1 min istiqraza bölünmüşdür. İstiqrazların tədavül müddəti 6 il, illik gəlirlik dərəcəsi isə 6%-dir”, - BFB-nın məlumatında belə deyilir.
“Unibank” 2002-ci ilin oktyabr ayında yaradılmış və Azərbaycanda fəaliyyət göstərən aparıcı bankların onluğuna daxildir. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) - 19,41% və Almaniyanın İnvestisiya Korporasiyası (DEG) - 24,37% Bankın səhmdarları sırasındadır.