13:47 - 18.12.2017
18 dekabr, Fineko/abc.az. Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yerli şirkətlərin ixrac missiyasına daxil edilməsi üzrə prosedurları təkmilləşdirilmək niyyətindədir.
AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev mətbuat konfransında bildirib ki, təyin edilmiş və hazırda qüvvədə olan meyarlar əsasən baza meyarlardır və ixrac təcrübəsinin mövcudluğunu və keyfiyyətini tələb edir.
“Hal-hazırda həmin meyarların dəyişdirilməsinə baxılmır, lakin gələcəkdə, istehsal və ixrac edilən məhsulların növündən asılı olaraq, xüsusi meyarların tətbiqi istisna olunmur”, - deyə Y.Abdullayev bildirdi.
Onun sözlərinə görə, gələn il, yeni xüsusi meyarlar tətbiq edilə biləcək qeyri-qida məhsulu üzrə ixtisaslaşdırılmış ixrac missiyasının təşkili planlaşdırılır.