16:00 - 15.12.2017
15 dekabr, Fineko/abc.az. 2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 43,389,9 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-noyabr aylarında adambaşına düşən nominal pul gəlirləri 7,2% artaraq 4,459 milyon manat təşkil etmişdir.
Bütün vergilərin və digər zəruri ödənişlərin ödənilməsindən sonra əhalinin sərəncamında 39 692,4 milyon AZN həcmində gəlirlər qalmışdır ki, bu da 2016-cı ilin yanvar-noyabr aylarında qeyd edilən göstəricidən 8,4% çoxdur.
Yanvar-noyabr ayları üzrə Azərbaycanda orta illik inflyasiya 13,4% təşkil etmişdir.
Əhalinin nominal pul gəlirləri 2016-cı ildə 8,7% artmışdır.