17:20 - 18.10.2019
18 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında ölkəyə ən çox Rusiya ilə yanaşı, İsveçrə və Türkiyədən məhsul idxal olunub.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
Qeyd olunur ki, Rusiyadan idxalın dəyəri 1 milyard 605 milyon 411 min dollar, İsveçrədən 1 milyard 201 milyon 315 min dollar, Türkiyədən isə 1 milyard 150 milyon 108 min dollar olub.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026