12:20 - 24.09.2019
24 sentyabr, Fineko/abc.az. 9 oktyabr tarixində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçiriləcək. Tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökümət həlləri müzakirə mövzusu olunacaq.
ABC.AZ xəbər veirir ki, tədbirdə dünyada ilk e-Rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryusun iştirak edəcək. Kaspar konfransda Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verəcək.
Tədbirdə həmçinin ilk dəfə olaraq Dövlət-Özəl tərəfdaşlığı sazişinin mobil imza ilə imzalanması planlaşdırılır.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026