“Azərkosmos”un xidmət ixracından gəlirləri artıb

15:32 - 29.10.2026


29 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 36 ölkəsindən olan 95-ə yakın şirkətə ümumilikdə 19,6 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.

Hesabat dövründə formalaşan ümumi gəlirlərin 61 faizini məhz ixrac əməliyyatları təşkil edib.

Peyk telekommunikasiya xidmətlərinin ixracında ilk beşlikdə 3,1 milyon dollarla Birləşmiş Krallıq, 2,4 milyon dollarla Lüksemburq, 989,7 min dollarla Türkiyə, 884,4 min dollarla Pakistan və 484,9 min dollarla Misir qərarlaşıb.

Yeni nəsil xidmət ixracı sayılan bu fəaliyyət ölkənin xidmət ixracının şaxələnməsində mühüm rol oynayır.