14:58 - 12.12.2017
12 dekabr, Fineko/abc.az. Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev yaxın bir neçə ildə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını ehtimal etmir.
“ÜTT-na daxil olma məsələsi Azərbaycan üçün aktual olaraq qalır. Lakin mən, bunun yaxın bir-iki il ərzində baş verəcəyinə inanmıram”, - deyə Mahmud Məmmədquliyev bildirib.
Azərbaycan 1997-ci ildə ÜTT-na daxil olma haqqında sifariş verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin mayında Oman və BƏƏ, 2010-cu ilin mayında Gürcüstan, 2012-ci ildə isə Qırğızıstanla ÜTT-na daxil olma haqqında danışıqların yekunlaşdırılmasına dair ikitərəfli protokol imzalamışdır.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026