14:32 - 12.09.2019
12 sentyabr, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) biznes forumu keçirilib.
Forumda çıxış edən İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov hazırda Azərbaycanda 700-dək Rusiya kapitallı şirkət fəaliyyət göstərdiyini qeyd edib.
O, bildirib ki, ötən il Azərbaycan ilə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsi 83 % artıb. İndiyədək Rusiya Azərbaycan iqtisadiyyatına 4,7 milyard dollar, Azərbaycan isə bu ölkəyə 1,2 milyard dollar investisiya yatırıb.
Forum çərçivəsində Azərbaycan-Rusiya (Sverdlovsk vilayəti) Azərbaycan Respublikası Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovsk vilayətinin “Vinaz” MMC şirkəti, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə Sverdlovskun “TEN” şirkətlər qrupu arasında əməkdaşlıq memorandumu imzalanıb.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026