12:33 - 6.09.2019
6 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.
“AMB sentyabrın 9-da keçiriləcək depozit hərracında 100 milyon manat məbləğində vəsaitin 14 gün müddətinə cəlb edilməsini planlaşdırır”, - AMB-in məlumatında belə deyilir.
Bundan əvvəl, sentyabrın 2-də keçirilmiş hərracda AMB 150 mln manat cəlb etmişdi.
Cəlb edilən vəsaitlər üzrə faiz dəhlizi 6,26% - 8,24% səviyyəsində müəyyən edilib.
AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirilir.
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026