15:53 - 11.12.2017
11 dekabr, Fineko/abc.az. Cari ilin 10 ayı ərzində Azərbaycanda quraşdırılmış bankomatların sayı 1,5% artıb.
AMB-dan verilən məlumata əsasən, banklar tərəfindən Azərbaycanda quraşdırılmış bankomatların sayı 2017-ci ilin noyabrın 1-də 2,491 min ədəd təşkil etmişdir.
AMB-nın məlumatına əsasən, noyabrın 1-nə qədər Bakıda 1,356 min bankomat (2,6% artım), bölgələrdə isə 1,135 min bankomat (0,2% artım) quraşdırılmışdır.
AMB-nın məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında, respublika ərazisində yerləşən ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında azalma müşahidə olunmuşdur. Noyabrın əvvəlində pos-terminalların sayı 66,336 min ədəd təşkil etmişdir (7,6% eniş). Həmçinin, Bakıda 38,025 min (6,2% eniş), bölgələrdə isə 28,311 min (9,5% eniş) pos-terminal qeyd edilmişdir. Pərakəndə satış obyektlərində 65,137 min və ya ümumi pos-terminalların 98,2%-i quraşdırılmışdır.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026