16:54 - 30.08.2019
30 avqust, Fineko/abc.az. “İxrac İcmalı”nda məlumat verilib ki, cari ilin yeddi ayında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 % çox əcnəbi şəxs gəlib.
Bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 % artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib.
Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 % artıb.
Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 725,4 milyon manat təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026