15:35 - 31.07.2019
31 iyul, Fineko/abc.az. İyulun 31-də Bakıda “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda konfrans keçirilib.
Konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib ki, indiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrinin ümumi dəyəri 5,2 milyard manatdan çox olan 36 mindən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.
Nazir müavini qeyd edib ki, bu kreditlər hesabına 166 mindən çox yeni iş yeri açılacaq. Həmin kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına verilib. Kreditlərin 74 %-i regionlarda, 26 %-i Bakının qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib. Bu kreditlərin 68 %-i aqrar sektorun, 32 %-i isə müxtəlif sənaye digər sahələrin inkişafına yönəldilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026