17:27 - 7.12.2017
7 dekabr, Fineko/abc.az. Dünya bazarında satılan “Azeri LT CIF” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,67 dollar və yaxud 1,04% düşüb.
Hazırda “Azeri LT CIF” markalı xam neftin qiyməti 63,92 dollar/barelə təşkil edir.
“Azeri LT CIF” markalı xam neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilmişdir.