16:14 - 30.07.2019
30 iyul, Fineko/abc.az. 2019-cu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə ixrac 192 milyon dollar təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon dollar və ya 7 % artıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında dərc olunub.
Qeyd olunur ki, cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon dollar), Türkiyəyə (32,5 milyon dollar), İsveçrəyə (14,7 milyon dollar) Gürcüstana (8,4 milyon dollar) və Ukraynaya (5,7 milyon dollar) ixrac edilib.
2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon dollar) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyondollar) üçüncü yerdə qərarlaşıb.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026