15:18 - 30.07.2019
30 iyul, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib.
Qeyd olunur ki, bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Socar Polymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", “Sun Food" MMC, "Food Export Şəmkir" MMC.
Cari ilin iyun ayında "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu siyahıda liderliyi ələ alıb.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026