14:37 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” mağazalar şəbəkəsinin mənsub olduğu “ABC-Telecom” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Buna vətəndaş E.Novruzovun müraciəti səbəb olub.
Vətəndaş "kontakt.az" saytında 2 199,99 manata (300 manat endirimlə) reklam olunan “ZIGZAG ONE 50CC BLACK” markalı skuteri 18 aylıq hissəli ödənişlə alarkən məhsul ona 2 419,99 manata rəsmiləşdirilib.
Aylıq ödəniş uyğunsuzluğu: Saytdakı kalkulyatorda aylıq ödəniş 122,22 manat göstərildiyi halda, müqavilədə 134,44 manat müəyyən edilib.
Şirkətin mövqeyi: "ABC-Telecom" MMC-nin nümayəndəsi məhkəmədə bildirib ki, son qiymət müqavilə bağlanarkən müştəriyə izah olunub və onun razılığı ilə rəsmiləşdirilib. Saytda da komissiya haqqında xəbərdarlıq qeydi yerləşdirilib.
Binəqədi Rayon Məhkəməsi iş materiallarını və saytın ekran görüntülərini araşdıraraq şirkəti İnzibati Xətalar Məcəlləsinin 428.10-cu (Reklam haqqında qanunvericiliyin pozulması) maddəsi ilə təqsirli bilib.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026