Vətəndaşlara 140 milyon manata yaxın ƏDV qaytarıldı

16:12 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 139,8 milyon manat ƏDV qaytarılıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur. 2025-ci ilin ilk səkkiz ayında geri qaytarılan ƏDV-nin həcmi 124,7 milyon manat təşkil etmişdi.

Eyni dövrdə xarici vətəndaşlara “Tax free” sistemi üzrə qaytarılan ƏDV isə 6,2 milyon manat olub. Bu göstərici illik müqayisədə 10,6% azalıb. 2025-ci ilin yanvar-avqust aylarında xarici vətəndaşlara 6,9 milyon manat ƏDV qaytarılmışdı.

Qeyd edək ki, “ƏDV geri al” istehlakçıların alış-veriş zamanı ödədikləri ƏDV-nin müəyyən hissəsinin dövlət tərəfindən onlara geri qaytarılması mexanizmidir. Bunun üçün alış zamanı fiskal çek təqdim edilməli və çek sistemdə qeydiyyata alınmalıdır.