10:48 - 7.12.2017
7 dekabr, Fineko/abc.az. “SOCAR Petroleum” QSC Azərbaycanda SOCAR brendi ilə yanacaqdoldurma məntəqələrinin (YDM) sayını 26-ya çatdırdı.
“SOCAR Petroleum”un məlumatında deyildiyi kimi, yeni YDM Azərbaycanın Ucar rayonunda dünən istismara verildi.
“Yanacaqdoldurma stansiyası müasir avadanlıqla, nağdsız ödənişin həyata keçirilməsi üçün POS-terminallarla təchiz olunub. Stansiyada 25 nəfər işləyir”, - məlumatda belə deyilir.
Daha öncə xəbər verildiyi kimi, 2018-ci ilin sonuna qədər “SOCAR Petroleum” Azərbaycanda SOCAR brendi ilə yanacaqdoldurma məntəqələrinin sayını 42-yə çatdırmağı planlaşdırır.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026