17:14 - 24.06.2019
24 iyun, Fineko/abc.az. 21-23 iyun tarixlərində keçirilən "Organic Food Festival 2019" festivalında 50-dən çox şirkətin məhsul və xidmətləri təqdim edilmişdir.
Azərbaycanın kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatında deyilir ki, növbəti "Organic Food Festival" Üzvi Qida Festivalı 2020-ci ilin iyun ayında Bakıda keçiriləcək.
"Festivalda 150-ə yaxın məhsul və xidmət təqdim olunub. Mikro və kiçik sahibkarlığın nümayəndələri müxtəlif mallar, o cümlədən bal, bitki çayları, meyvə şirələri, müxtəlif bitki yağları, ev üsulu ilə hazırlanmış mürəbbə, ədviyyat, düyü, quru meyvə və s., həmçinin üzvi qablaşdırma materialları, sosial-sahibkarlıq layihələri təqdim ediblər", - deyə məlumatda bildirilir.
Tədbirin təşkilatçıları KOBİA, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Dövlət Aqrar-Ticarət Şirkəti və "Proaktiv" PR agentliyidir.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026