17:23 - 31.05.2019
31 may, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən xəbər verilir ki, cari ilin yanvar-aprel aylarıda Azərbaycanın ixracı 7,1 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,4 milyard dollar və ya 25,6% artım olub.
Bu müddətdə qeyri-neft sektoru üzrə ixrac isə 583 milyon dollar olub. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 98 milyon dollar və ya 20 % artıb.
Cari ilin ilk dörd ayı ərzində Rusiyaya 165 milyon, Türkiyəyə 148 milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracında 22 %, Türkiyəyə 16 %, Gürcüstana 19 %, İsveçrəyə 13 %, İtaliyaya 2 dəfə artım müşahidə olunub.