11:40 - 30.05.2019
30 may, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatasından verilən məlumata görə, sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya və həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiya keçirilib. Attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Bildirilib ki, nəticələrə əsasən, attestasiyada iştirak edən namizədlərdən 3-ü keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026