13:53 - 11.04.2019
11 aprel, Fineko/abc.az. Sumqayıt Texnologiyalar Parkı (STP) ölkə tarixində ən irihəcmli kabel ixracını həyata keçirməyə başladı.
STP-in məlumatında deyilir ki, 2019-cu ilin mart ayından Park Qazaxıstana kabel ixracını
başlamışdı və bu günə qədər buraya 6 avrofura göndərilmişdir, müqavilə üzrə isə cəmi 77 avrofuranın yola salınması nəzərdə tutulur.
“Müqaviləyə əsasən, ixrac olunacaq məhsullar Qazaxıstanın Aktoqay Dağ Mədən Kombinatının genişləndirilməsində istifadə ediləcək. İlin sonuna qədər isə daha 3 müqavilənin bağlanması ilə ümumi ixrac məbləğinin 7 milyon ABŞ dollarını ötməsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.