12:59 - 10.04.2019
10 aprel, Fineko/abc.az. Azərbaycan prezidentinin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi güclü yağışların yaratdığı təbii fəlakətlə bağlı İrana humanitar yardım daşıyan yük maşınları göndərib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yardımın dəyəri 950 min manatdır.
“Bura, 166 mətbəx dəsti, 3 min yataq dəsti, 75 çadır, 150 su nasosu, beş dörd metrlik rezin qayıq, 140 işçi kostyumu, 320 xilasetmə geyimi və 200 xilasetmə jileti, Katerpiller və Komatsu markalı 2 ekskavator daxildir», - deyə nazirlikdən bildirildi.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026