WhatsApp-da qara ekran rejimi tətbiq ediləcək

11:32 - 28.03.2019


28 mart, Fineko/abc.az. Android üçün WhatsApp messencerinin yenilənmiş versiyasında qara ekran funksiyası təqdim ediləcək.

Wabetainfo portalının məlumatına görə, proqram istifadəçiləri interfeysin rənglərini dəyişdirməklə qara  fonda mətnləri ağ edə biləcəklər. Gözlənilir ki, yeni funksiya, ekranda parıltının azalmasına və mesajların zəif işıqda görünməsini yaxşılaşdıracağına kömək edəcək.

Versiyanın rəsmi relizinin tarixi hələ açıqlanmayıb.