11:13 - 15.03.2019
15 mart, Fineko,abc/az. Yay aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tikintisi çərçivəsində Asiya İnkişaf Bankından (AİB) kredit istifadə etməyə başlayacaq.
ADY-in İdarə Heyətinin sədri Cavid Qurbanovun sözlərinə görə, bu gün Yalama-Astara hissəsinin tikintisinə podratçı seçilməsi üzrə tenderin nəticələri açıqlanacaq.
“Tender müsabiqəsinin qalibi seçildikdən, 3-4 aydan sonra tikinti işlərinə başlanılacaq”, - deyə C. Qurbanov bildirib.
Onun sözlərinə görə, qeyd edilən sahənin tikintisi Asiya İnkişaf Bankının 400 milyon dollar məbləğində krediti hesabına maliyyələşdiriləcək.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026