12:12 - 19.02.2019
19 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanın xarici ticarət əməliyyatları 2,302 milyard dollar təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, idxalın həcmi 1,022 milyard dollar, ixrac isə 1,279 milyard dollar təşkil edib.
2018-ci ildə Azərbaycan dünyanın 185 ölkəsi ilə xarici ticarət əməliyyatları aparmışdır. 113 ölkə ilə ixrac əməliyyatları, 178 ölkə ilə idxal əməliyyatları aparılmışdır. Ötən il Azərbaycanda ümumi ticarət həcmi 31755,9 milyon dollar, o cümlədən 20290,9 milyon dollar ixrac, 11465,0 milyon dollar idxal təşkil edib. Nəticədə 8825,9 milyon ABŞ dolları məbləğində müsbət saldo formalaşıb.
27 İyul 2026
27 İyul 2026
27 İyul 2026