17:03 - 22.11.2017
22 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 13,7% artmışdır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artmışdır.
“2017-ci ilin yanvar-sentyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,2% artaraq 525,6 manat təşkil etmişdir. Hesabat dövrü ərzində əhalinin gəlirləri nominal ifadədə 8,2% artaraq 40190,7 milyon manata çatmışdır”, - deyə məlumatda bildirilir.