12:23 - 18.02.2019
18 fevral, Fineko/abc.az. Dövlət Gömrük Komitəsi fevralın 1-dən aktivləşdirilmiş "yaşıl dəhliz" sisteminə ixracatçı və idxalçıların qoşulmasının effektivliyini qeyd edir.
"Vergilər. Şəffaflıq. İnkişaf" forumunda Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Səfər Mehdiyev bildirib ki, hesabat dövründə 100-dən çox sahibkar sistemə qoşulub.
"İlin sonuna qədər ixracatçı şirkətlərin 100%-in və idxalçıların 35-40%-in sistemə qoşulması planlaşdırılır", - deyə S. Mehtiyev bildirib.
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026