13:03 - 1.02.2019
1 fevral, Fineko/abc.az. “Begişevo” (Tatarıstan) beynəlxalq hava limanı 2019-cu ildə Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır.
Hava limanının məlumatında bildirilir ki, 2018-ci il, xidmət olunan sərnişinlərin sayı - 777,263 min nəfər, illik 32% artımla Begişevo üçün rekord il olub.
“2019-cu ildə hava limanı cədvəldə mövcud olan uçuşlara diqqət yetirmək, Antalyaya uçuşların tezliyini artırmaq, cədvələ İstanbula müntəzəm uçuşa qayıtmaq və Azərbaycan və Özbəkistana iki yeni reys açmaq niyyətindədir”, - məlumatda belə deyilir.
Eyni zamanda, hava limanı, Azərbaycana məhz hansı aviaşirkətin uçuşlar təşkil edəcəyi və uçuşların başlanacağı tarixləri açıqlamır.
8 Avqust 2026
8 Avqust 2026