14:48 - 18.01.2019
18 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) meyvə və tərəvəz ixracında artım olduğunu bildirib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycan 621 028,28 ton meyvə-tərəvəz ixrac edib.
“İxrac edilən meyvə və tərəvəzlərin dəyəri 559 627,74 min dollar təşkil edib”, - məlumatda belə deyilir.
2017-ci ildə meyvə və tərəvəz ixracatı 13,12%, onların dəyəri isə 11,3% artıb.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026